Minik avtomobili velosipedçini VURDU

19:16 - 13 İyun 2022

Minik avtomobili velosipedçini VURDU

Zaqatalada yol qəzası olub.

Manşet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Oruc Qəni oğlu Şabanov velosipedlə kəndin ərazisində hərəkət edərkən VAZ 2109 markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan O. Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az