86 yaşlı qoca binadan yıxılaraq öldü

09:24 - 14 İyun 2022

86 yaşlı qoca binadan yıxılaraq öldü

Şirvanda hündürlükdən yıxılan kişi hadisə yerində ölüb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu ikinci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. 

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az