DƏHŞƏTLİ QƏZA: Turistlərin olduğu avtomobil uçuruma düşüb - FOTO

18:15 - 14 İyun 2022

DƏHŞƏTLİ QƏZA: Turistlərin olduğu avtomobil uçuruma düşüb - FOTO

Dağıstanda turistlərin olduğu avtomobil uçuruma düşüb.

Manşet.az xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin rəsmi “Telegram” kanalı məlumat yayıb.

“Şamil rayonunun Mitliurib kəndində 41 yaşlı Nijni Novqorod sakini “Volkswagen Tiguan” markalı avtomobili idarə edərkən idarəetməni itirib. Avtomobil yoldan çıxıb və 100 metr dərinliyə yuvarlanıb”, - deyə nazirliyin bəyanatında deyilir.

Qəza nəticəsində avtomobilin sürücüsü yerindəcə keçinib. Salonda həmçinin 11 yaşlı sərnişin də olub ki, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az