Bakıda DYP maşını qəzaya uğradı - Xəsarət alan var

07:56 - 15 İyun 2022

Bakıda DYP maşını qəzaya uğradı - Xəsarət alan var

Bakıda polis maşını qəzaya uğrayıb.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az