Nəzarətsiz qalan körpə dördüncü mərtəbədən yıxıldı

15:58 - 15 İyun 2022

Nəzarətsiz qalan körpə dördüncü mərtəbədən yıxıldı

Lənkəranda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Qala Xiyabanı küçəsinə beşmərtəbəli binada baş verib.

İki yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

Uşağın Bakıdakı xəstəxanalardan birinə köçürülməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az