Şəmkirdə dəhşətli qəza baş verdi- Bir ailənin 5 üzvü yaralandı

22:10 - 15 İyun 2022

Şəmkirdə dəhşətli qəza baş verdi- Bir ailənin 5 üzvü yaralandı

Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun Çənlibel kəndindən keçən hissəsində hərəkətədə olan “Mercedes”lə digər maşının toqquşması nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar.

Onlar 2012-ci il təvəllüdlü Qəhrəmanlı Aydan Teymur qızı, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Ayan Teymur qızı, 2018-ci il təvəllüdlü Qəhrəmanlı İslam Teymur oğlu, 1989-cu il təvəllüdlü Qəhrəmanov Teymur Nəsimi oğlu, 1994-cü il təvəllüdlü Qəhrəmanova Dilşad Məzahir qızı, 1992-cı il təvəllüdlü Abdulayev Ruslan Zahid oğludur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki qəzada yaralananlardan beş nəfəri bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az