Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət ALDI

20:19 - 18 İyun 2022

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət ALDI

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Əliyeva Qətibə Həmd qızı, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Musayeva Günel Təşkilat qızı, onun oğlu, 2021-ci il təvəllüdlü Musayev Nurlan Şamil oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az