Bakıda DƏHŞƏT: "Zil"in diski yerindən çıxdı, usta öldü

11:29 - 20 İyun 2022

Bakıda DƏHŞƏT: \"Zil\"in diski yerindən çıxdı, usta öldü

Bakıda kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Burada təkər təmiri sexlərindən birində “ZiL” markalı avtomobilin təkərinin diski qəflətən yerindən çıxıb. Disk sürətlə orada usta işləyən 48 yaşlı Allahverdiyev Allahyar Feyruz oğlunun başına dəyib.

Nəticədə A. Allahverdiyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az