Bakıda zəncirvari qəza, xəsarət alan var - Fotolar

21:07 - 20 İyun 2022

Bakıda zəncirvari qəza, xəsarət alan var - Fotolar

Bakıda üç maşının toqquşması ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində, Türkiyə Səfirliyinin qarşısında qeydə alınıb.

Qəza zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az