Bakı-Quba yolunda QƏZA: Xəsarət alanlar var

18:43 - 23 İyun 2022

Bakı-Quba yolunda QƏZA: Xəsarət alanlar var

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, qəza magistralın 77-ci km-də qeydə alınıb.

Siyəzən rayonu, Zarat kənd sakini 1979-cu il təvəllüdlü Hüseynov Ramin Əjdər oğlunun idarə etdiyi “VAZ-2104” markalı nəqliyyat vasitəsilə Ucar rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Sadiq Fikrət oğlunun idarə etdiyi yük maşını toqquşub.

Hadisə nəticəsində “VAZ-2104”ün sürücüsü Ramin Hüseynov, minik maşınının sərnişinləri - Siyəzən rayon sakinləri 1953-cü il təvəllüdlü Firdudin Abbasov və 1984-cü il təvəllüdlü Əli Eldarov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az