Azərbaycanda ağır QƏZA: Ölən və yaralananlar var

08:56 - 26 İyun 2022

Azərbaycanda ağır QƏZA: Ölən və yaralananlar var

Sabirabadda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə avtomobil traktorla toqquşub.

Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Üç nəfər; Sabirabadın Çiçəkli kənd sakinləri - 1987-ci il təvəllüdlü Məmmədov Vüsal Vaqif oğlu, 2010-cu il təvəllüdlü Məmmədov Rəhman Vüsal oğlu və 1993-cü il təvəllüdlü Xankişiyev Şəmistan Sabir oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az