16 yaşlı oğlan süni göldə BOĞULDU

17:02 - 28 İyun 2022

16 yaşlı oğlan süni göldə BOĞULDU

Ağstafa rayonunda yeniyetmə süni yaradılmış göldə boğulub.

 

Manset.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

Ağstafa rayon sakini 16 yaşlı Tural Hacıyev "Ortagöl" adlanan suni yaradılmış göldə çimən zaman boğulub.

Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az