Bakıda moped avtomobilə çırpıldı - xəsarət alan var (FOTO/VİDEO)

09:15 - 04 İyul 2022

Bakıda moped avtomobilə çırpıldı - xəsarət alan var (FOTO/VİDEO)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sarayevo küçəsində baş verib.

“Kia” markalı avtomobil yol ayrıcında qəflətən yola çıxıb. Həmin vaxt hərəkətdə olan Elşən Fətəliyev idarə etdiyi mopedlə “Kia”ya çırpılıb. Zərbənin təsirindən E. Fətəliyev bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az