Bakıda zavodda bədbəxt hadisə - Ölən var

10:27 - 06 İyul 2022

Bakıda zavodda bədbəxt hadisə - Ölən var

İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Bakı elektrik maşınqayırma zavodunda bədbəxt hadisə baş verib.

 

Manset.az rayon prokurorluğuna istinadən xəbər verir ki, zavodda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq  davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az