Abşeron rayonunda ağaclıq ərazidə yanğın başlayıb.
Manşet.az ictimai.tv-yə istinadən xəbər verir ki, Goradil qəsəbəsində, Samur-Abşeron kanalının sahilində yerləşən meşəlik ərazidə ağaclıq və kol-kos yanır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.