Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Manşet.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata əsasən, təqribən 700 m² sahədə quru ot və ağaclar yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.