SON DƏQİQƏ: “Tarqovu”da yanğın oldu - Video+Foto

23:41 - 11 İyul 2022

SON DƏQİQƏ: “Tarqovu”da yanğın oldu - Video+Foto

Bakının mərkəzində kanalizasiyada partlayış olub.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış “Tarqovu” kimi tanınan Nizami küçəsində baş verib.

Belə ki, küçədə kanalizasiya quyularından birinin dəmir qapağı ataraq kənara sıçrayıb. Daha sonra kanalizasiya quyusu yanmağa başlayıb. Quyunun yaxınlığındakı binada işıqlar sönüb. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub. Dərhal ərazi boşaldılıb və insanların həmin hissəyə girişi qadağan edilib. İlkin ehtimala görə, hadisəyə səbəb quyuya qaz yığılması olub. Ətraflı məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az