Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Manşet.az report-a istinadən xəbər verir ki, qəza rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə at arabası toqquşub.
Hadisə nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü G.Qarayeva və daha bir nəfər xəsarət alıb.
Qadın rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.