Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
Manşet.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.