Ağstafada usta hündürlükdən yıxılaraq ÖLDÜ

23:59 - 12 İyul 2022

Ağstafada usta hündürlükdən yıxılaraq ÖLDÜ

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan evin damından yıxılaraq dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü A.Misirov usta kimi işlədiyi evin damından yerə yıxılıb. Bu zaman ağac parçası onun bədəninə batıb.

Ağır xəsarət alan zərərçəkmiş xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az