“Qazi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb” - RƏSMİ AÇIQLAMA

00:18 - 14 İyul 2022

“Qazi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb” - RƏSMİ AÇIQLAMA

TƏBİB yanıq xəsarətləri alan qazi ilə bağlı açıqlama yayıb.

Qurumdan Manset.az-a bildirilib ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib.

"Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyə edilib. Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur", - məlumatda deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az