Xocavənddə Türkiyə vətəndaşı minaya düşərək xəsarət alıb.
Rayon prokurorluğundan Manset.az-a bildirilib ki, iyulun 14-ü saat 14 radələrində işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Yalpiri Yıldıray minaya düşüb.
Araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan şirkətdə ekskavator sürücüsü kimi çalışan Y.Yıldıray minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.