Oğuzda mikroavtobus YANDI

18:34 - 15 İyul 2022

Oğuzda mikroavtobus YANDI

Oğuzda mikroavtobus yanıb.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhər ərazisində baş verib.

Belə ki, Etibar Nurəddin oğlu Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut avtobusu hərəkətdə olarkən anidən alışıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində marşrut avtobusu təmamilə yanıb. Yanğın baş verən anda mikroavtobusda sərnişin olmayıb. Sürücü isə yanğından xilas ola bilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az