Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutuldu

08:30 - 16 İyul 2022

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutuldu

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az