Şamaxı rayonunda intihar hadisəsi olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində rayonun Kiçik Xınıslı kəndində qeydə alınıb.
Kənd sakini, 2000-ci il təvəllüdlü Zeynəb Əzimzadə yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerindədir. 22 yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.