Azərbaycanda daha bir qardaş bacısını qətlə yetirdi

10:25 - 18 İyul 2022

Azərbaycanda daha bir qardaş bacısını qətlə yetirdi

İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

 

Rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az