Biləsuvarda ağır QƏZA: ölənlər var

13:54 - 18 İyul 2022

Biləsuvarda ağır QƏZA: ölənlər var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1979-ci il təvəllüdlü Emin Baxış oğlu Quliyev idarəetdiyi "KİA Rio" markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişini, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Qulu Qurban oğlu Qasımov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az