Dəhşət! Bakıda ana 2 azyaşlı övladı ilə birlikdə intihar etdi

02:07 - 19 İyul 2022

Dəhşət! Bakıda ana 2 azyaşlı övladı ilə birlikdə intihar etdi

Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.

Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.

Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.

İntiharın dəqiq səbəbi bilimir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az