Kürdəmirdə ağır yol qəzası - ölən və yaralılar var

22:13 - 19 İyul 2022

Kürdəmirdə ağır yol qəzası - ölən və yaralılar var

Kürdəmirdə ağır yol qəzası baş verib.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Ərəbqubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ərəbqubalı kənd sakini 63 yaşlı Həsənov Əlhəsən Mehdiqulu oğlu kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 68 yaşlı Ərəbqubalı kənd sakini Nəsirov Nəsir Qurban oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az