Yevlaxda avtomobil traktora çırpılıb - Xəsarət alanlar var

22:39 - 22 İyul 2022

Yevlaxda avtomobil traktora çırpılıb - Xəsarət alanlar var

Yevlaxda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manşet.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq qarşıda gedən traktorun arxasına çırpılması nəticəsində, Yevlax rayon sakinləri, 2000-ci il təvəllüdlü M.Tağızadə, onun həmyaşıdı M.Şirinov və 1995-ci il təvəllüdlü S.Məmmədov xəsarət alıblar.

Hər üçü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az