Fişəng hazırlanan evdə PARTLAYIŞ: Ölən və yaralananlar var

22:04 - 24 İyul 2022

Fişəng hazırlanan evdə PARTLAYIŞ: Ölən və yaralananlar var

Hindistanda fişəng və digər pirotexniki vasitələrin istehsalçısının evində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bihar ştatının Saran rayonunda baş verib.

Partlayış nəticəsində evin bir hissəsi dağılıb, qalan hissəsi isə alovlanıb.

İnsident zamanı yaralananlar xəstəxanaya çatdırılıb.

Dağıntılar altında insanların qala biləcəyi istisna edilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az