Sükan arxasında yuxulayan sürücü qəza törətdi: Ölən var - FOTO

09:46 - 25 İyul 2022

Sükan arxasında yuxulayan sürücü qəza törətdi: Ölən var - FOTO

Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində birinci maşının sürücüsü, Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimov hadisə yerində ölüb.

Digər sürücü 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlu isə Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.

Avtoqəzanın baş verməsinə sürücülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az