Azərbaycanda tanınmış biznesmen faciəvi şəkildə öldü - DƏHŞƏTLİ QƏZANIN ANBAAN GÖRÜNTÜLƏRİ

23:36 - 28 İyul 2022

Azərbaycanda  tanınmış biznesmen faciəvi şəkildə öldü - DƏHŞƏTLİ QƏZANIN ANBAAN GÖRÜNTÜLƏRİ

Bu gün Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.

Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.

Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az