Qardaşlar həmkəndlilərini döydü - atəş açdı

11:53 - 29 İyul 2022

Qardaşlar həmkəndlilərini döydü - atəş açdı

Xaçmaz Rayon Polis Şöbəsinə iyulun 28-də saat 18 radələrində Xanlıqoba kəndi ərazisində 2 nəfərin xuliqanlıq zəminində kənd sakini F.Nəcəfovu döymələri və tüfəngdən havaya atəş açılması barədə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Xanlıqoba kənd sakini Z.Rüstəmov və qardaşı A.Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Z.Rüstəmovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az