“Respublikanski”də faciəvi hadisə - 33 yaşlı kişi əməliyyat vaxtı öldü

20:41 - 06 Avqust 2022

“Respublikanski”də faciəvi hadisə - 33 yaşlı kişi əməliyyat vaxtı öldü

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

 

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az