Bakıda inzibati bina yandı

09:10 - 08 Avqust 2022

Bakıda inzibati bina yandı

Xəzər rayonunda ümumi sahəsi 240 m² olan bələdiyyəyə məxsus birmərtəbəli inzibati binanın 1 otağının yanar konstruksiyaları 7 m² sahədə və ondulindən ibarət dam örtüyü 240 m² sahədə yanıb.

 

Manset.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az