Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb - Yaralılar var

19:01 - 11 Avqust 2022

Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb - Yaralılar var

Yevlax-Bərdə avtomobil yolunda yol qəzası baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Z.Abdullayev, 1996-cı il təvəllüdlü E.Məmmədli və 1997-ci il təvəllüdlü İ.Yenalıyev xəsarət alıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az