Zaqatalada yük avtomobilinin sürücüsü qəzada ÖLDÜ - YENİLƏNİB

22:49 - 11 Avqust 2022

Zaqatalada yük avtomobilinin sürücüsü qəzada ÖLDÜ - YENİLƏNİB

Zaqatalada qəzada ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.

Manset.az APA-ya istinadən xəbər verir ki, yük avtomobili sürücüsünün Türkiyə vətəndaşı olduğu müəyyən edilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirlir. O, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb. Yolu keçmək istəyən sürücünü "Mercedes Vito" markalı 99 VR 062 dövlət nömrə nişanlı mikroavtobus vurub.

***

Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az