Novxanıda dənizdə batan şəxslərin meyiti sudan çıxarılıb - YENİLƏNİB

21:20 - 12 Avqust 2022

Novxanıda dənizdə batan şəxslərin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Novxanıda iki nəfər dənizdə batıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, batan şəxslərin meyiti sudan çıxarılıb.

Onlar 2001-ci il təvəllüdlü Nigar Qasımova və 1999-cu il təvəllüdlü Əliağa Məmmədovdur.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Manset.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az