Azərbaycanda avtomobil qəzası - ölən və xəsarət alan var

16:52 - 14 Avqust 2022

Azərbaycanda avtomobil qəzası - ölən və xəsarət alan var

Yevlax şəhərində avtomobillər toqquşub, ölən və xəsarət alan var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

Qəza zamanı habelə Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az