Göygöl rayonunda bir nəfər batdı - YENİLƏNDİ

19:47 - 17 Avqust 2022

Göygöl rayonunda bir nəfər batdı - YENİLƏNDİ

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan 1 nəfərin axtarışları başa çatıb.

FHN-dən Manset.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə 1 nəfər batıb.

Manset.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az