"DYP" Mirmövsüm ağanın nəvəsini cərimələdi - 50 metr gedib QƏZA TÖRƏTDİ - ŞOK VİDEO

21:18 - 20 Avqust 2022

\"DYP\" Mirmövsüm ağanın nəvəsini cərimələdi - 50 metr gedib QƏZA TÖRƏTDİ - ŞOK VİDEO

Bakıda yol polisi avtomobilinin zəncirvari qəza törətməsinin görüntüləri yayılıb.
 

Manset.az Shownews.az-a istinadən xəbər verir ki, görüntüdə hadisənin Xəzər rayonu ərazisində baş verdiyi bəlli olur. 

Belə ki, 99 YP 457 dövlət qeydiyyat nişanlı BMW markalı xidməti avtomobil KİA markalı digər avtomobilə çırpılıb. O da öndə gedən "Mercedes"ə çırpılıb.

Qeyd edək ki, video həm də onu lentə alan şəxslə yol polisi arasındakı maraqlı dialoqla da diqqət çəkib. 

Həmin şəxs ona cərimə yazan yol polisinə  "Mən Mirmövsüm ağanın nəvəsiyəm, sənə dedim ki, körpə balalarım var, cərimə yazma. 50 metr gəlib qəza törətdin" deyir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by ShowNews (@show_news)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az