Qusarda göldə batan yeniyetmənin kimliyi məlum oldu

23:07 - 20 Avqust 2022

Qusarda göldə batan yeniyetmənin kimliyi məlum oldu

Qusar rayonunda göldə yeniyetmə batıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləzə kəndi ərazisində qeydə alınıb.

Beləki, Qusar rayonu Əniğ kənd sakini, 2006-cı il təvəllüdlü Tural Minabəddin oğlu Fərzəliyev süni göldə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az