Qusar rayonunda göldə yeniyetmə batıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləzə kəndi ərazisində qeydə alınıb.
Beləki, Qusar rayonu Əniğ kənd sakini, 2006-cı il təvəllüdlü Tural Minabəddin oğlu Fərzəliyev süni göldə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.