Avqustun 22-də Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Manset.az rayon prokurorluğuna istinadən xəbər verir ki, rayonun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.