Göygöldə mikroavtobus və minik avtomobili toqquşub - iki nəfər xəsarət alıb

21:36 - 24 Avqust 2022

Göygöldə mikroavtobus və minik avtomobili toqquşub - iki nəfər xəsarət alıb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar - 1960-cı il təvəllüdlü Rasim Abbasov və daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir. Onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəza nəticəsində avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı mağazaya çırpılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az