Şirvanda qətl törədən şəxs saxlanılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Şirvan şəhərinin Hacıqəhərmanlı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu münaqişə zəminində qəsəbə sakini, həmyerlisi 1969-cu il təvəllüdlü Qocayev Kamran Musa oğlunu daşla qətlə yetirərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Daşqın Alışov polis tərəfindən saxlanılıb.Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.
***
Şirvanda qətl hadisəsi baş verib.
Manset.az APA -ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib.
Daşqın adlı şəxs münaqişə zəminində qəsəbə sakini, 1969-cu il təvəllüdlü Kamran Qocayevi daşla vuraraq qətlə yetirib. O, hadisə yerindən qaçıb. Həmin şəxsin saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.