Bakıda AĞIR QƏZA: ölən var

10:17 - 26 Avqust 2022

Bakıda AĞIR QƏZA: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb.

Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi “Nissan” dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi “Zaporojets” markalı avtomobillə toqquşub. Nəticədə ağır xəsarətlər alan Muradalı Manafov xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az