Ucarda yol qəzasında piyada xəsarət aldı

20:47 - 29 Avqust 2022

Ucarda yol qəzasında piyada xəsarət aldı

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Fuad Bəkir oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə piyada, 1984-ci il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfovu vurub. Zərərçəkən aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, V. Xələfovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az