Bakıda DƏHŞƏT: Sevgilisinə 9 bıçaq vuraraq qaçdı - YENİLƏNDİ(VİDEO)

15:17 - 30 Avqust 2022

Bakıda DƏHŞƏT: Sevgilisinə 9 bıçaq vuraraq qaçdı - YENİLƏNDİ(VİDEO)

Tanışını bıçaqlayıb qaçan şəxsin xəbər saytlarında paylaşılan görüntülərilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü A.İsazadə müəyyən olunaraq saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Araşdırmalar davam etdirilir.

11:05

Bakıda qadın sevgilisi tərəfindən küçənin ortasında 9 bıçaq zərbəsi alıb.

Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə zamanı naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən qaçıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az